- 2023-11-18 20:00:25
Biznes İngilis Dili Təlimləri
Abdurahimli Group tərəfindən təqdim olunan Biznes İngilis Dili təlimləri peşəkar bacarıqlarını inkişaf etdirmək və qlobal iş mühitində effektiv ünsiyyət qurmaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. Proqram beynəlxalq biznes standartlarına uyğun şəkildə hazırlanaraq iştirakçıların real iş mühitində İngilis dilindən inamla və düzgün istifadə etməsini hədəfləyir.
Tədris proqramı iştirakçıların dil bacarıqlarını kompleks şəkildə inkişaf etdirmək məqsədilə aşağıdakı istiqamətləri əhatə edir:
Təlim çərçivəsində:
✔ İşgüzar yazışmaların (e-mail, hesabat, rəsmi məktublar) təkmilləşdirilməsi
✔ Oxu, dinləmə və danışıq bacarıqlarının sistemli inkişafı
✔ Real biznes mühitində istifadə olunan terminlər, ifadələr və praktiki nümunələr
Kurs fərdi və korporativ formatda təqdim olunur. Təlimlər iştirakçıların seçiminə uyğun olaraq əyani şəkildə Abdurahimli Group-un tədris mərkəzində və ya onlayn formatda keçirilir.
Təlim müddətində iştirakçılar İngilis dilində sərbəst ünsiyyət qurmaqla yanaşı, müştərilərlə yazışmalar, prezentasiyaların hazırlanması, hesabatların tərtibi və işgüzar danışıqların aparılması üçün zəruri bilik və bacarıqlara yiyələnirlər.
Bu proqram beynəlxalq layihələrdə iştirak edən mütəxəssislər, idarəçilər, menecerlər, mühasiblər, hüquqşünaslar, eləcə də karyerasını inkişaf etdirmək istəyən bütün peşəkarlar üçün idealdır.
Əlaqə
www.abdurahimligroup.az
+994 70 218 59 18
+994 99 218 69 18
info@abdurahimligroup.az
Kovaa Plaza, 2-ci mərtəbə
Ünvan:
Həsən Əliyev küçəsi 245, Kovaa Plaza ıı mərtəbə, 220-ci ofis






