Kurs fərdi və korporativ formatda təqdim olunur. Təlimlər iştirakçıların seçiminə uyğun olaraq əyani şəkildə Abdurahimli Group-un tədris mərkəzində və ya onlayn formatda keçirilir.

Təlim müddətində iştirakçılar İngilis dilində sərbəst ünsiyyət qurmaqla yanaşı, müştərilərlə yazışmalar, prezentasiyaların hazırlanması, hesabatların tərtibi və işgüzar danışıqların aparılması üçün zəruri bilik və bacarıqlara yiyələnirlər.

Bu proqram beynəlxalq layihələrdə iştirak edən mütəxəssislər, idarəçilər, menecerlər, mühasiblər, hüquqşünaslar, eləcə də karyerasını inkişaf etdirmək istəyən bütün peşəkarlar üçün idealdır.