Təlim çərçivəsində:
Proqramın sonunda iştirakçılar TOLES Beynəlxalq Sertifikatı əldə edərək, hüquqi İngilis dili biliklərini qlobal səviyyədə rəsmi şəkildə təsdiqləmiş olurlar. Təlimlər iştirakçıların seçimindən asılı olaraq onlayn və əyani formatda keçirilir. Əyani dərslər Abdurahimli Group-un peşəkar tədris mühitində, onlayn dərslər isə interaktiv platformalar üzərindən həyata keçirilir.
Hüquqi İngilis Dili Təlimləri TOLES Beynalxalq Sertifikatı ilə
Abdurahimli Group tərəfindən təqdim olunan bu təlim proqramı hüquq sahəsində çalışan mütəxəssislərin hüquqi İngilis dili biliklərini beynəlxalq standartlar səviyyəsində inkişaf etdirmək məqsədi daşıyır. Təlim proqramı hüquqşünaslar, dövlət və özəl sektorda fəaliyyət göstərən hüquq mütəxəssisləri, eləcə də peşəkar karyerasını beynəlxalq müstəviyə daşımaq istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.