- 2024-04-01
Kommersiya müqavilələrinin yazılması mövzusunda beynəlxalq təlim kursu 13-14 Aprel tarixlərində Cambridge Law Studionun Azərbaycan üzrə rəsmi təmsilçisi Cambridge Hüquq Studiyası Azərbaycan tərəfindən keçiriləcəkdir.
Təlim kursu intensiv xarakter daşımaqla sadalanan günlər ərzində hər təlim 3 saat olmaqla davam etdiriləcək.
Təlim sizə kommersiya müqavilələrinin tərtibi ilə bağlı ən yüksək səviyyədə praktiki biliklər verəcəkdir.
Sonda siz Cambridge Law Studio tərəfindən təqdim ediləcək beynəlxalq səviyyədə tanınan sertifikatla təmin ediləcəksiz.
Təlim kursu 200 AZN təşkil edir.
Təlim Hüquqi İngilis üzrə Cambridge Law Studionun akkreditasiyalı təlimçisi və eyni zamanda Cambridge Hüquq Studiyası Azərbaycanın rəhbəri Yusif Abdurahim tərəfindən keçiriləcək.
Təlim iştirakçılarından 1 nəfərə təsadüfi seçim əsasında gələcək Kembric Səfərimiz üçün 15% güzəşt ediləcəkdir.
İştirak üçün minimum A2 İngilis dili biliyi tələb olunur.






