- 2025-06-17
Təlim müasir inzibati icraatın hüquqi əsaslarını, inzibati orqanlarla münasibətlərin tənzimlənməsini və inzibati mübahisələrin məhkəmədə müdafiəsi yollarını əhatə edən, sistemli və praktik yönümlü proqram əsasında hazırlanmışdır. İştirakçılar qanunvericilikdəki aktual dəyişikliklər, inzibati aktların formalaşdırılması və şikayət mexanizmləri ilə bağlı ətraflı biliklər əldə edəcəklər.
Başlanma tarixi: 24 iyun 2025
Müddət: 4 həftə (həftədə 2 dəfə: II və V günlər)
Vaxt: 20:00 – 22:00
Format: Onlayn
Dil: Azərbaycan dili
Sertifikat: Təlimin sonunda sertifikat təqdim olunacaq
Təlim proqramı dövlət orqanlarında, özəl sektorda və qeyri-hökumət təşkilatlarında çalışan hüquqşünaslar, hüquq müşavirləri, inzibati proseslərlə bağlı fəaliyyət göstərən əməkdaşlar və bu sahəyə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur.
Qeyd: Təlim materialları iştirakçılara təqdim olunur və real praktiki nümunələrlə izah edilir.
Yerlər məhduddur – erkən qeydiyyat tövsiyə olunur.
Əlavə məlumat və qeydiyyat üçün bizimlə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz.
Register Here >






