- 2025-04-09
Dəyərli dostlar,
4 aprel tarixində ELSA Azərbaycanın İdarə Heyətinin üzvləri ilə “Abdurahimli Group”un rəhbəri Yusif Abdurahimli arasında görüş keçirilmişdir. Görüş zamanı hüquqşünas tələbələrə və gənclərə birlikdə daha çox töhfə vermək üçün tərəflər arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunmuş və nəticədə əməkdaşlıq memorandumu imzalanmışdır.
Memoranduma əsasən “Abdurahimli Group” tərəfindən ELSA Azərbaycanın üzvlərinə və məzunlarına hüquqi İngilis dili xidmətlərində 30% endirim təqdim olunmuşdur. Əlavə olaraq, “Abdurahimli Group” XIV Milli Məhkəmə Müsabiqəsinin əsas partnyorlarından biri kimi çıxış edir.
“Abdurahimli Group” hüquqi yazı, beynəlxalq hüquqi ünsiyyət və hüquqi İngilis dili sahəsində peşəkar təlimlər təqdim edən aparıcı tədris mərkəzidir. Şirkət, hüquqşünaslar və hüquq sahəsində çalışan mütəxəssislər üçün beynəlxalq standartlara cavab verən təlimlər təşkil edərək onların qlobal hüquq mühitində rəqabət qabiliyyətini artırır.
Şirkətimiz Azərbaycanda TOLES (Test of Legal English Skills) imtahanı üzrə rəsmi hazırlıq mərkəzi olaraq, hüquqi sənədlərin İngilis dilində tərtibi, kommersiya hüququ, əmək qanunvericiliyi və cinayət hüququ üzrə ixtisaslaşmış təlimlər keçirir. Bütün təlimlər Cambridge standartlarına uyğun şəkildə, Londonda təlim keçmiş və beynəlxalq akkreditasiyaya malik peşəkar təlimçilər tərəfindən keçirilir. Həmçinin, “Abdurahimli Group” hüquqi İngilis dili bacarıqlarını daha da inkişaf etdirmək üçün Londona təlim səfərləri təşkil edir.
Ümid edirik ki, bu əməkdaşlıq hər bir ELSA Azərbaycan üzvünün inkişafına öz töhfəsini verəcək.






