service
  •  2024-08-30

18-25 avqust tarixlərində təşkil etdiyimiz möhtəşəm London səfəri uğurla başa çatdı! Bu 7 gün ərzində iştirakçılarımız təkcə dünyanın ən nüfuzlu şəhərlərindən birini kəşf etməklə kifayətlənmədilər, eyni zamanda öz peşəkar və şəxsi inkişaflarına böyük töhfə verdilər.

Səfər çərçivəsində bir sıra təlim, seminar və networking görüşləri təşkil olundu. İştirakçılarımız hüquq, biznes və təhsil sahələrində tanınmış ekspertlərlə görüşdülər, real təcrübələri dinlədilər və aktual mövzular ətrafında müzakirələr apardılar.

Bununla yanaşı, Londonun simvollarına çevrilmiş Big Ben, Buckingham Sarayı, British Museum, London Eye kimi görməli yerlərə ziyarətlərimiz, həmçinin Camden Town və Oxford Street-də keçirilən alış-veriş saatları səfərə xüsusi rəng qatdı. Qrupumuz şəhərin tarixi və müasirliyinin vəhdətini hiss edərək, həm əyləndi, həm öyrəndi.

Səfərimizin əsas məqsədi iştirakçılarımızın beynəlxalq perspektivlərini genişləndirmək və onların peşəkar dünyaya daha yaxın olmalarını təmin etmək idi. Bu məqsədə uğurla nail olduğumuz üçün çox sevincliyik!

Bizə güvənən və bu təcrübədə bizimlə olan hər kəsə təşəkkür edirik. 



Partnyorlar