Təlim proqramları Abdurahimli Group-un təsisçisi və direktoru Yusif Abdurahimli tərəfindən həyata keçirilir.

Yusif Abdurahimli hüquq sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malik olmaqla yanaşı, Hüquqi İngilis dili və TOLES hazırlığı üzrə ixtisaslaşmış beynəlxalq təlimçi statusuna sahibdir. O, Cambridge Law Studio tərəfindən verilmiş beynəlxalq akkreditasiyalı lisenziya əsasında fəaliyyət göstərir və bu sahədə uzunmüddətli pedaqoji və praktik təcrübə qazanmışdır.

Təlimçi kimi fəaliyyəti dövründə Yusif Abdurahimli yüzlərlə hüquqşünasın və hüquq sahəsində çalışan mütəxəssisin TOLES imtahanına hazırlanmasına, hüquqi ingilis dili üzrə biliklərinin beynəlxalq tələblərə uyğunlaşdırılmasına və peşəkar inkişafına töhfə vermişdir.

Təlimlər birbaşa təlimçinin şəxsi iştirakı ilə, beynəlxalq hüquqi praktikaya uyğun metodologiya əsasında keçirilir və iştirakçıların hüquqi terminologiya, hüquqi yazı bacarıqları, müqavilə dili və analitik hüquqi düşüncə vərdişlərinin formalaşdırılmasına yönəldilir.